252 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

252 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 416,494 hektar sahədən çəkisi 299 ton 377kq 290,98 qr olan 932 781 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Qeyd olunub ki, yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 252 milyon 353 min AZN kimi qiymətləndirilir.