Son dəqiqə

Azərbaycan Moldova sərhədçiləri İnterpol

Moldova sərhədçiləri beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar

Bakı. TurkicWorld:

Moldova sərhədçiləri Ukrayna ilə sərhəddə kiberhücumlar törətməkdə şübhəli bilinən və İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

TurkicWorld xəbər verir ki, Moldova Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş, kiberhücumlar üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü Otaç şəhərinin dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb.

Məlum olub ki, sərhəddə saxlanılan şəxs Ukrayna pasportunu göstərib, lakin əlavə yoxlamadan sonra sərhədçilər onun əslində Azərbaycan vətəndaşı olduğunu və İnterpolun məlumat bazasında beynəlxalq axtarışda olduğunu müəyyən ediblər.

Şübhəli şəxs Edinet şəhərindəki istintaq təcridxanasına yerləşdirilib, bundan sonra istintaq üçün Kişinyova aparılacaq və Azərbaycana göndəriləcək.

Mövzuya görə xəbərlər