Dünya bazarında Brent markalı neftin qiyməti ucuzlaşıb

Dünya bazarında Brent markalı neftin qiyməti ucuzlaşıb

Bakı. TurkicWorld:

Dünyada neft ikigünlük bahalaşmadan sonra cümə axşamı səhər ucuzlaşmaqdadır.

TurkicWorld xəbər verir ki, sövdələşmə məlumatları bunu təsdiqləyir.

Brent markalı neftin iyun fyuçersləri 0,38% ucuzlaşaraq bir bareli 87 dollara, WTI markalı neftin may fyuçersləri isə 0,32% ucuzlaşaraq bir bareli 82,99 dollara düşüb.

Öncəki iki gün ərzində neft bahalaşmışdı. Brent markalı neft 3,59%, WTI markalı neft isə 4,36% bahalaşmışdı.

Bazarlar ABŞ Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarına dair məlumatlarını qiymətləndirir. ABŞ-da neftin kommersiya ehtiyatları (strateji rezerv istisna olmaqla) 7 aprelədək olan həftə ərzində 0,6 milyon barel, yaxud 0,1% artaraq 470,5 milyon barelə çatmışdı. Analitiklər isə əksinə ehtiyatların 0,6 milyon barelədək azalacağını gözləyirdilər.

Bununla belə, ABŞ-da strateji neft rezervi həftə ərzində 1,6 milyon barel azalaraq 369,6 milyon barelə düşüb. Qeyd edək ki, bu, 1983-cü ilin noyabrından etibarən minimum göstəricidir.