TAP-la əlavə həcmdə qaz nəqli üzrə yeni sazişlər imzalanıb

TAP-la əlavə həcmdə qaz nəqli üzrə yeni sazişlər imzalanıb

Bakı. TurkicWorld:

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2026-cı ildən başlayaraq əlavə həcmdə qaz nəqli üzrə yeni sazişlər imzalanıb.

Bu barədə konsorsiumdan TurkicWorld-a bildiriblər.

"22 yanvar 2023-cü ildə məcburi təkliflərin verilməsi prosesi tamamlandıqdan sonra TAP konsorsiumu genişlənmənin birinci mərhələsini başladıb və 2026-cı ildən başlayaraq uzunmüddətli sazişlər çərçivəsində boru kəməri ilə ildə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql etmək barəsində qərar qəbul edib. Müvafiq yeni sazişlər artıq imzalanıb. Yunanıstanın Kipoy ərazisindəki kompressor stansiyasında təqribən 15 MVt gücündə bir kompressor qurğusunun əlavə edilməsi və oradakı avadanlığın müasirləşdirilməsi nəzərdə tutulub", - konsorsiumdan deyiblər.

Aşağıdakı cədvəldə ötürücülük qabiliyyətinin dəqiq bölgüsü əks olunub:

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Twitter: @Lyaman_Zeyn