Azərbaycanın 2023-cü il üçün neft-qaz hasilatı planları açıqlanıb

Azərbaycanın 2023-cü il üçün neft-qaz hasilatı planları açıqlanıb

Bakı. TurkicWorld:

Bu il Azərbaycanda 33,4 milyon ton neft və 47,2 milyard kubmetr qaz hasilatı planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bu barədə bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 24,5 milyard kubmetr qazın ixrac üçün ayrılacağı planlaşdırılır.

"Azərbaycanın yeni enerji layihələri ixrac edilən neft məhsullarının həcmini daha da artırmağa imkan verəcək. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük potensiala malikdir və dəhlizin ötürücülük imkanlarının artırılması üzrə planlar reallaşdırılacaq", - o qeyd edib.