Son dəqiqə

Energetika Nazirliyi ABŞ White & Case LLP

ABŞ şirkəti Azərbaycana “yaşıl enerji” layihələri üzrə yarım milyon manatlıq məsləhət verəcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Energetika Nazirliyi ABŞ-nin "White & Case LLP" şirkəti ilə yeni müqavilə bağlayıb.

TurkicWorld-un məlumatına görə, müqavilədə bərpa olunan enerji layihələrinin reallaşdırılması və bu sahədə daha əvvəl imzalanmış müqavilələrdən irəli gələn məsələlərin hüquqi müşayiətinin aparılması nəzərdə tutulur.

Belə ki, ABŞ-nin “White and Case” LLP şirkəti sözügedən layihədə beynəlxalq məsləhətçi şirkət kimi cəlb edilib.

Nazirlik bunun müqabilində şirkətə 453 min manat ödəyib.

Qeyd edək ki, Energetika Nazirliyi sözügedən ABŞ şirkəti ilə daha əvvəl də eyni xidmətlər üzrə müqavilələr bağlayıb.

Mövzuya görə xəbərlər