Son dəqiqə

Azərbaycan Neft-qaz kəmərləri

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,42 ABŞ dolları və ya 1,51% ucuzlaşaraq 92,55 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,64 dollar və ya 1,8% ucuzlaşaraq 89,36 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,55 dollar və ya 0,86% azalaraq 63,48 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,67 dollar və ya 0,72% azalaraq 92,06 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Mövzuya görə xəbərlər