Azərbaycan SOCAR Bakı Heydər Əliyev adına Neft Emalı Zavodu neft-qaz sektoru

A-95 markalı benzinin istehsalı davam etdiriləcək - SOCAR

BAKI,TurkicWorld

2026-cı ildə qeyri neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə 125,0 milyon manat və ya 18,4 faiz çox, neft-qaz sektoru üzrə 196,7 milyon manat və ya 20,2 faiz az nəzərdə tutulur.

Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239,9 min ton və ya 14,7 faiz, dizel yanacağı üzrə isə 298,5 min ton və ya 13,7 faiz azalma ilə proqnozlaşdırılmasıdır.

Qeyri-neft sektoru artım isə növbəti ildən bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması ilə bağlıdır.

SOCAR-dan TurkicWorld-ün sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı ildə də Heydər Əliyev adına Neft Emalı Zavodunda A-92 və A-95 markalı benzinin istehsalı davam etdiriləcək:

"Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına (Avro-5) uyğun A-92 və A-95 markalı benzin istehsalı həyata keçirilir. Məlumat üçün bildiririk ki, 2026-cı ildə də zavodda A-92 və A-95 markalı benzin istehsalı davam etdiriləcək".

Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.

Mövzuya görə xəbərlər