Türkiyə qaz tədarükünün artırılması ilə bağlı "Qazprom"la danışıqlar aparır

Türkiyə qaz tədarükünün artırılması ilə bağlı "Qazprom"la danışıqlar aparır

Türkiyə hökuməti Rusiyanın "Qazprom" şirkəti ilə ölkəyə qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparır.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərində davam edən ADIPEC-2021 beynəlxalq neft-qaz sərgisi çərçivəsində deyib.

O bildirib ki, 2022-ci ildə "Türk axını" qaz kəmərinin 9,75 milyard kubmetr həcmində əlavə buraxılış gücü olacaq.

Nazir müavini əlavə edib ki, Türkiyə 2021-ci ilin yekunlarına əsasən Rusiyadan 20 milyard kubmetr qaz tədarükü gözləyir.