Azərbaycan neftinin ən böyük idxalçıları məlum olub

Azərbaycan neftinin ən böyük idxalçıları məlum olub

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan dəyəri 15 milyard dollardan yuxarı olan 24,2 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.

TurkicWorld bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Yanvar-noyabr ayları ərzində Azərbaycan neftinin 3 ən böyük idxalçısı siyahısında birinci yeri İtaliya tutur (6,7 milyard dollar dəyərində 10,4 milyon ton), ikinci yerdə İsrail (1,4 milyard dollar dəyərində 2,2 milyon ton), üçüncü yerdə isə Hindistan (dəyəri 917,9 milyon dollardan çox olmaqla 1,5 milyon ton) dayanır.

Cədvəldə 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın xam neft və neft məhsullarının 10 ən böyük idxalçıları qeyd olunub:

Ölkə

İdxalın həcmi

İdxalın dəyəri (ABŞ dolları ilə)

İtaliya

10 444 269,48

6 659 021 440

İsrail

2 244 613,64

1 379 801 810

Hindistan

1 506 660,30

917 928 250

Almaniya

1 160 873,93

758 962 890

İspaniya

1 114 184,47

700 578 650

Çexiya Respublikası

1 135 964,61

682 886 680

Türkiyə

1 172 891,35

661 525 650

Xorvatiya

891 702,67

534 992 790

Böyük Britaniya

691 038,87

432 278 590

Yunanıstan

656 521,80

403 274 260

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına nəql olunur.

Mövzuya görə xəbərlər

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı