Azərbaycan Türkiyə Bakı-Tbilisi-Ərzurum Botas Fatih Dönmez TPAO

Türkiyə Azərbaycandan əlavə 11 milyard kubmetr qaz alacaq - Fatih Dönməz

Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz həcmləri alacaq.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyə dünyada enerjiyə tələbatın artması fonunda bu müddətin öhdəsindən rahatlıqla gələcək:

"Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan saziş imzalanıb. Sazişə əsasən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11 milyard kubmetr əlavə təbii qaz əldə olunacaq".

Türkiyəli nazir, həmçinin TPAO və BOTAŞ şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunaraq bu məsələnin gündəmdə olmadığını bildirib.

Mövzuya görə xəbərlər