Avropada təbii qazın qiyməti 1 600 dolları ötdü

Avropada təbii qazın qiyməti 1 600 dolları ötdü

Avropa birjalarında təbii qazın qiyməti 1 600 dollar həddini keçib.

TurkicWorld-un məlumatına görə, səhər saatlarında Niderlandın TTF habında noyabr fyuçersləri üzrə qazın min kubmetri 1 606 dollara alınıb-satılırdı.

Qeyd edək ki, ötən gün təbii qaz 20 faiz bahalaşaraq 1 427 dollara çatmışdı. Bu gün birjalarda qazın qiyməti əvvəlcə 1 500 dolları, daha sonra 1 600 dollar həddini ötüb.

Son məlumatlara əsasən, birjalarda təbii qazın min kubmetri 1 559 dollar ətrafındadır.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.