Yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan ilə nəql olunan tranzit neftin həcmi açıqlanıb

Yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan ilə nəql olunan tranzit neftin həcmi açıqlanıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftin həcmi 2022-ci ilin analoji dövründəki 800 900 tonla müqayisədə 626 700 ton təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Beləliklə, BTC ilə tranzit neftinin nəqli bütün il ərzində 21,75 faiz azalıb.

Hesabat dövründə 4,629 milyon tondan çox neft nəql olunub ki, bu da dövr ərzində Azərbaycanın magistral boru kəmərləri ilə nəql olunan bütün neftin (6,048 milyon ton) 76,5 faizini təşkil edib. 2022-ci ilin yanvar-fevral aylarında isə bu göstərici 4,277 milyon ton olmaqla həmin dövrdə nəql olunan bütün neftin (5,575 milyon ton) 76,7 faizini təşkil edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft 2006-cı ildə kommersiya məqsədi ilə neft nəqli başladıqdan sonra 2022-ci ilin sonunadək 4 milyard bareldən artıq neft nəql olunub.