Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

Bakı. TurkicWorld:

Martın 13-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,19 dollar ucuzlaşaraq 83,6 dollar olub.

TurkicWorld bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,18 dollar ucuzlaşaraq 81,86 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,7 dollar ucuzlaşaraq 46,64 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 13-də 1,22 dollar ucuzlaşaraq 81,18 dollar olub.