Bakı. TurkicWorld:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,9 ABŞ dolları və ya 2,77% ucuzlaşaraq 101,68 ABŞ dollarına enib.
Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,22 dollar və ya 3,14% ucuzlaşaraq 99,26 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,31 dollar və ya 4,29% azalaraq 73,75 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,82 dollar və ya 2,81% azalaraq 97,48 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

