Son dəqiqə

BP

bp qaz sektorunda uzunmüddətli strategiyanın üç əsas amilini açıqladı

Bakı. TurkicWorld:

Artan tələbat, inkişaf etmiş infrastruktur və dayanıqlı tərəfdaşlıq münasibətləri qaz sənayesində uzunmüddətli strategiyanın əsasını təşkil edir.

TurkicWorld xəbər verir ki, bunu bp-nin Xəzər regionunda biznesin inkişafı üzrə vitse-prezidenti Çingiz Hacıyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ilk əsas amil sənayeləşmə, elektrikləşmə və əhali sayının artması fonunda davamlı olaraq yüksələn tələbatdır.

"Hazırda qaz digər enerji mənbələri tərəfindən sıxışdırılmır, əksinə, tələbatın yüksək olduğu bir resurs olaraq qalır", – deyə o qeyd edib.

Ç.Hacıyevin sözlərinə görə, ikinci mühüm element infrastrukturdur.

O bildirib ki, tədarükdə fasilələr riskinin artdığı şəraitdə enerji infrastrukturunun əhəmiyyəti daim yüksəlir.

Ç.Hacıyev vurğulayıb ki, qaz yalnız yanacaq deyil, həm də iqtisadiyyatlar, sənaye sahələri və dövlətlər arasında strateji əlaqələndirici halqadır və bu funksiyanın həyata keçirilməsi məhz müvafiq infrastrukturun mövcudluğu sayəsində mümkündür

Onun sözlərinə görə, buna misal kimi Cənub Qaz Dəhlizini göstərmək olar.

O təxminən otuz il əvvəl SOCAR, Azərbaycan hökuməti, bp və tərəfdaşların Xəzər dənizindən Cənubi Avropaya qədər uzanan 3,5 min kilometrlik boru kəməri dəhlizinin yaradılması barədə qərar qəbul etdiklərini xatırladıb.

Mövzuya görə xəbərlər