...

Gələn ilin sonu IGB-nin nəql gücünün artırılması nəzərdən keçirilə bilər

Energetika Digər xəbərlər 28 İyul 2022 10:35
Trend Tasnem Ismukhan
Gələn ilin sonu IGB-nin nəql gücünün artırılması nəzərdən keçirilə bilər

Azərbaycan qazının tədarükünü nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) nəql gücünün ildə beş milyard kubmetrədək artırılması üçün Yunanıstanın Komotini şəhərində kompressor stansiyası tikmək lazımdır.

Bunu Trend-ə özəl müsahibəsində ICGB AD layihə şirkətinin Bolqarıstan tərəfindən icraçı direktoru Teodora Georgiyeva deyib.

"Müvafiq inzibati və normativ prosedurları nəzərə alaraq ICGB buraxılış gücünün artırılmasına yönəlmiş variantların tədqiqinə və hazırlanmasına başlayıb. Bu proses DESFA və TAP-la sıx əməkdaşlıqda aparılır. Proses hələlik erkən mərhələdədir. Bununla belə biz, Aleksandrupolisdə mayeləşdirilmiş qaz terminalının istismara hazırlığını təmin etmək üçün 2023-cü ilin sonunda və ya 2024-cü ildə nəql gücünün artırılması imkanını nəzərdən keçirə bilərik. Bu layihə IGB ilə əlaqəlidir və mən əminəm ki, onlar istismara verildikdən sonra interkonnektorun nəql gücü maksimuma çatdırıla bilər", - deyə o bildirib.

T.Georgiyeva əlavə edib ki, həm IGB, həm də Aleksandrupolisdəki terminal Bolqarıstan, Yunanıstan və bütünlükdə Balkan regionu üçün şaxələndirmə, rəqabətin yüksəldilməsi, regiona təhlükəsiz qaz tədarükünün təmin edilməsi yolunda vacib əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbərlər

Xəbər lenti