Türkiyənin ən böyük investisiyalarından biri olan Akkuyu Atom Elektrik Stansiyasının dördüncü reaktorunun təməli qoyulub

Türkiyənin ən böyük investisiyalarından biri olan Akkuyu Atom Elektrik Stansiyasının dördüncü reaktorunun təməli qoyulub

Bakı. TurkicWorld:

Türkiyənin davam edən ən böyük investisiyalarından biri olan Akkuyu Atom Elektrik Stansiyasının (NGS) 4-cü reaktorunun təməli qoyulub. TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez bildirib.

Nazir bildirib ki, hazırda stansiyada işlər planlaşdırıldığı kimi davam edir.

“Biz bu gün sonuncu reaktorun təməlini qoyuruq. Cümhuriyyətimizin 100 illiyində stansiyamızın açılışını xalqımızla birlikdə keçirməyi hədəfləyirik.” – deyə Dönmez vurğulayıb.

O qeyd edib ki, Akkuyu hazırkı formada dünyanın ən böyük layihəsidir.

“Akkuyunun 60 il fəaliyyət göstərə bilmə ehtimalını nəzərə alsaq, onunla eyni ölçüdə olan təbii qaz elektrik stansiyası üçün təxmini 420 milyard kubmetr qaz itxal etməli olacaqdıq ki, bu da hazırkı təbii qaz ehtiyacımızdan təxminən 8 dəfə çoxdur.” – deyə nazir əlavə edib.

Akkuyu stansiyası hesablamaya görə ildə 35 milyon ton, 60 illik fəaliyyəti ərzində isə 2,1 milyard ton karbon emissiyasının qarşısını alacaq

Qeyd edək ki, Akkuyu təkcə elektrik istehsalında deyil, yaşıl enerjidə də əhəmiyyətli bir layihədir.