Son dəqiqə

Ceyhan limanı Brent Dated Azərbaycan nefti neft hasilatı neft FOB CIF URALS Azeri Light neft məhsulları

Azərbaycan neft qiymətlərinin həftəlik icmalı

BAKI, TurkicWorld

Ötən həftə ərzində "Azeri LT CIF", "Azeri Light FOB Ceyhan", "Urals" (EX NOVO) və "Dated Brent" markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,97 ABŞ dolları və ya 2,8% artaraq 71,91 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 73,64 dollar/barel, minimum isə 70,33 dollar/barel olub.

Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 70,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,93 ABŞ dolları və ya 2,8% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,32 dollar/barel, minimum isə 69,07 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,59 ABŞ dolları və ya 4,5% artaraq 60,06 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 61,79 dollar/barel, minimum isə 58,45 dollar/barel olub.

Ötən həftə ərzində "Dated Brent" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,09 dollar və ya 1,5% bahalaşaraq, 71,89 dollar/barelə bərabər olub. Ötən həftənin yekunlarına görə, "Dated Brent" neftinin maksimal qiyməti 73,56 dollar/barel, minimum isə 70,31 dollar/barel təşkil edib.

Neftin növü / tarix

28.07.2025

29.07.2025

30.07.2025

31.07.2025

1.08.2025

Orta qiymət

Azeri LT CIF

$70,33

$71,51

$73,64

$72,70

$71,37

$71,91

Azeri Light FOB Ceyhan

$69,07

$70,25

$72,32

$71,30

$69,95

$70,58

Urals (EX NOVO)

$58,45

$59,69

$61,79

$60,85

$59,52

$60,06

Dated Brent

$70,31

$71,48

$73,56

$72,70

$71,39

$71,89

Mövzuya görə xəbərlər