Son dəqiqə

Energetika Nazirliyi

Bu ilin birinci yarısında Azərbaycanda hasil edilmiş neft-kondensatın həcmi açıqlanıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

TurkicWorld bu barədə Energetika Nazirliyindən məmlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon ton və ya 4,9% azdır.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 14,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi.

Qeyd edək ki, cari ilin hesabat dövründə hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

Mövzuya görə xəbərlər