Niderland Aİ-nin Azərbaycandan qaz tədarükünü artırmaq niyyətini dəstəkləyir - Səfir

Niderland Aİ-nin Azərbaycandan qaz tədarükünü artırmaq niyyətini dəstəkləyir - Səfir

Bakı. TurkicWorld:

Niderland Avropa İttifaqının Azərbaycandan qaz tədarükünü artırmaq niyyətini dəstəkləyir.

Bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman TurkicWorld-un sualını cavablandırarkən deyib.

"Niderlandın Rusiya qazından asılılığı yüksək deyil, ona görə də tədarükdə hazırkı böhran əhəmiyyətli olmayacaq", - səfir deyib.

P.Eizeman əlavə edib ki, Niderland Aİ siyasətinə uyğun olaraq Azərbaycandan da enerji idxalının artırılması niyyətini dəstəkləyir.