Son dəqiqə

Azərbaycan Şimali Makedoniya Miroslav Labudoviç

Şimali Makedoniyanın energetika nazirinin müavini Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

Şimali Makedoniyanın energetika, dağ-mədən və mineral ehtiyatlar nazirinin müavini Miroslav Labudoviç Azərbaycana səfər edəcək.

Bu barədə TurkicWorld-ə diplomatik mənbə məlumat verib.

"O, aprelin 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək", - mənbə bildirib.

Qeyd edək ki, bu il aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası keçiriləcək.

Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan təbii qazı Avropaya nəql edir. CQD-yə üç əsas boru kəməri sistemi daxildir: Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP). Dəhlizin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olmaqla, 20 milyard kubmetrə qədər artırılması mümkündür.

Mövzuya görə xəbərlər