Bakı, TurkicWorld
Azərbaycan və Qvineya-Bisau arasında "yaşıl enerji", dekarbonizasiya və neft-qaz sahələrində əməkdaşlıq imkanlarını müzakirə edilib.
TurkicWorld xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında bildirib.
"Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüşdə Qvineya-Bisaunun Azərbaycanın enerji sahəsindəki təcrübəsinə marağını nəzərə alaraq, Yaşıl Enerji, dekarbonizasiya və neft-qaz sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə paylaşımda qeyd olunub.