Son dəqiqə

Azərbaycan Türkiyə Gürcüstan Heydər Əliyev adına Neft Emalı Zavodu

Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır

Azərbaycanda yerli istehsal olan yanacağın Gürcüstan və Türkiyə bazarlarına ixracı planlaşdırılır.

Bunu Trend-ə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin baş direktor müavini Emil Alxaslı deyib.

Onun sözlərinə görə, zavodun modernləşdirilməsi layihəsinin reallaşdırılması üzrə investisiya planı dəyişməz qalıb.

O bildirib ki, layihəyə əlavə investisiyaların qoyulması məsələsi 2023-cü ildə birinci mərhələnin başa çatmasından sonra nəzərdən keçiriləcək.

"Birinci mərhələdə zavodun istehsal gücü Azərbaycan bazarının dizel yanacağı, eləcə də Aİ-92 və Aİ-95 markalı benzinə tələbatını tam təmin edəcək. Biz, həmçinin zavodun məhsulunun Gürcüstan və Türkiyə bazarlarına ixracını planlaşdırırıq. Əsas ixrac məhsulu dizel yanacağı olacaq", - deyə o, bildirib.

Mövzuya görə xəbərlər