BOTAŞ və EGAS təbii qaz sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

BOTAŞ və EGAS təbii qaz sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

Bakı. TurkicWorld:

Türk Boru Kəmərləri və Neft Nəqliyyatı A.Ş. (BOTAŞ) və Misirin milli təbii qaz şirkəti Misir Təbii Qaz Holdinq Şirkəti (EGAS) təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) ticarəti, infrastrukturu və yeraltı anbarı sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

TurkicWorld-a BOTAŞ-dan verilən açıqlamada, Türkiyənin enerji mərkəzi olmaq məqsədinə uyğun olaraq beynəlxalq əməkdaşlığın gücləndirildiyi bildirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirə rəsmi səfəri çərçivəsində BOTAŞ və EGAS-ın yüksək səviyyəli rəhbərliyi də bir araya gəlib.

Görüşdə BOTAŞ ilə EGAS arasında əlaqələrin dərinləşdirilməsinin razılaşdırıldığı bildirilib və bu çərçivədə təbii qaz və LNG ticarət imkanları, təbii qaz infrastrukturu və yeraltı anbarlar üzrə əməkdaşlıq, texniki biliklər üzrə məsləhətləşmələr aparılıb.

Açıqlamada, tərəflərin müzakirə olunan məsələlərlə bağlı qarşıdakı dövrdə atacaqları konkret addımlar sayəsində Türkiyənin və regionun enerji təhlükəsizliyinin dəstəklənməsinin hədəfləndiyi vurğulanıb.

“Təbii qazdan neftə, bərpa olunan enerjidən LNG və FSRU terminalının istismarına, anbar fəaliyyətlərindən liman xidmətlərinə qədər bir çox sahədə fəaliyyətini uğurla həyata keçirən BOTAŞ, bölgədəki enerji tərəfdaşları ilə güclü əməkdaşlıq qurmağa davam edir. Son illərdə etdiyi sərmayələrlə əldə etdiyi təchizat potensialı və beynəlxalq BOTAŞ tərəfdaşları ilə əməkdaşlıqları, ölkəmiz üçün əlavə dəyər yaradır və gələcəyi qlobal miqyasda bir şirkət olaraq formalaşdırır",- deyə açıqlamada bildirilib.​