bp-dən "Şahdəniz"də şərq-şimal cinahının işə salınması planları barədə AÇIQLAMA

bp-dən "Şahdəniz"də şərq-şimal cinahının işə salınması planları barədə AÇIQLAMA

Bakı. TurkicWorld:

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının şərq-şimal cinahının 2024-cü ilin əvvəlində işə salınacağı gözlənilir.

TurkicWorld-un məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq "bp Azerbaijan" şirkətindən bildiriblər.

"Hazırda yekun hazırlıq mərhələsindəyik və şərq-şimal cinahının 2024-cü ilin əvvəlində işə salınacağını gözləyirik", - deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində "İstiqlal" və "Maersk Explorer" qazma qurğuları ilə ümumilikdə 21 quyu, o cümlədən, şimal cinahında 5, qərb və cənub-şərq cinahında 4, cənub-qərb cinahında 5, eləcə də, şimal-şərq cinahında 3 quyu qazılıb.

"Şahdəniz"in sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olaraq qiymətləndirilir.

“Şahdəniz” layihəsində iştirak payı aşağıdakı kimidir: bp (operator) - 29,99 faiz, Cənub Qaz Dəhlizi (21,02 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz) və NICO (10 faiz).