Norveç şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb

Norveç şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda 7,27 faiz paya malik Norveçin "Equinor" şirkəti 2021-ci ilin üçüncü rübündə 32,6 min barel neft ekvivalenti hasil edib.

TurkicWorld bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Şirkət ötən ilin üçüncü rübündə 32,9 min barel neft ekvivalenti hasil etmişdi.

Ötən ilin eyni dövrü ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda şirkətin hasilatı 0,9 faiz azalıb.

Bu ilin birinci və ikinci rüblərində "Equinor" "Azəri-Çıraq-Günəşli"də müvafiq olaraq 35,2 min və 32,8 min barel neft ekvivalenti hasil edib.