Bakı. TurkicWorld:
Türkmənistanda SOCAR-ın nümayəndəliyinin ofisi açılıb.
TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
"Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik.
Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür", - nazir bildirib.
Xəbər yenilənəcək