Son dəqiqə

Azərbaycan Avropa Komissiyası

Aİ Azərbaycandan qaz tədarüklərini daha da artırmağa can atır - Avropa Komissiyası

Bakı. TurkicWorld:

Avropa Azərbaycandan qaz tədarüklərini daha da artırmağa can atır.

TurkicWorld cümə günü xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Tim Makfi brifinqdə deyib.

"2022-ci ildə Avropa İttifaqının qaz tədarükünün 3 faizini Azərbaycandan qaz tədarükləri təşkil edib. 2021-ci ildə isə bu göstərici 2 faiz idi. Bu il də analoji səviyyəyə çatmaq istəyirik. 2021-ci ildə 8,1 milyard kubmetr Azərbaycan qazı idxal etmişdiksə, 2022-ci ildə Azərbaycan artıq 11,3 milyard kubmetr qaz tədarük etmişik. Beləliklə, artım müşahidə olunur. Azərbaycanla imzaladığımız Anlaşma Memorandumu 2027-ci ilədək Azərbaycan qazının tədarükünün 20 milyard kubmetrədək artırılmasını, elcə də bərpa olunan enerji mənbələri sahəsində geniş əməkdaşlığı nəzərdə tutur", - o deyib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Qaz kəmərinin ötürücülük gücü 20 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 10 milyard kubmetrdir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

Mövzuya görə xəbərlər