Macarıstanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu var - Peter Siyarto

Macarıstanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu var - Peter Siyarto

Bakı. TurkicWorld:

Macarıstanın enerji təhlükəsizliyində Azərbaycan,Türkiyə, Rusiya və Qətərin mühüm rolu var.

TurkicWorld xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

"Türkiyə ilə əldə edilən razılaşmaya görə, 2024-cü ildə təxminən 300 milyon kubmetr türk təbii qazı Macarıstana çatdırılacaq və beləliklə, Türkiyə ilk dəfə tranzit ölkə olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, 21 avqust tarixində Türkiyənin BOTAŞ şirkəti ilə Macarıstanın MVM şirkəti arasında təbii qaz müqaviləsi imzalanıb.

Ləman Əsədli

Twitter: lamanasadli01