Son dəqiqə

Türkiyə Rusiya Fatih Dönmez Nikolay Şulqinov Aleksey Miller Qazprom

Türkiyə və Rusiya arasındakı enerji layihələri dəyərləndirilib

Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Rusiyanın energetika naziri Nikolay Şulqinov və “Qazprom” neft-qaz şirkətinin rəhbəri Aleksey Millerlə görüş keçirib.

TurkicWorld-un məlumatına görə, Fatih Dönmez Rusiyanın paytaxtı Moskvada Şulginov və Miller ilə görüşlər keçirdiyinə dair məlumat paylaşıb.

Nazir qeyd edib ki, görüş zamanı iki ölkə arasındakı enerji layihələri dəyərləndirilib.

"Səmərəli danışıqlarımız oldu. Davam edən enerji layihələrini və yeni imkanları müzakirə etdik. Türkiyə-Rusiya münasibətlərində əhəmiyyətli mövzulardan biri olan enerji əməkdaşlığını inkişaf etdirmək üçün səmərəli görüşlər keçirdik"-deyə, Fatih Dönmez vurğulayıb.

Mövzuya görə xəbərlər