Son dəqiqə

TAP İtaliya

TAP İtaliyanın enerji sistemi üçün lazımi infrastrukturdur - İtaliyanın Milli Planı

Bakı. TurkicWorld:

Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın enerji sistemi üçün lazımi infrastrukturdur.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliyanın dayanıqlı enerji inkişafı üzrə milli fəaliyyət planında deyilir.

"Xəzər dənizindən Yunanıstan və İtaliya vasitəsilə Aİ-yə qaz nəql edən TAP və onunla əlaqəli şəbəkələr vacibdir", - sənəddə deyilir.

Plana əsasən, xüsusən tələbat ən yüksək həddə olduqda və bərpa olunan enerji mənbələri səbəbindən istehsal aşağı səviyyədə olduqda qaz əvvəlki kimi İtalyianın milli enerji sistemi üçün əvəzedilməz rol oynayacaq.

Qeyd edək ki, 2023-cü ilin ikinci rübündə TAP vasitəsilə İtaliyaya nəql olunan qazın həcmi 2,2 milyard kubmetr olub. Bununla belə, 31 dekabr 2020-ci ildə istismara verildikdən sonra boru kəməri ilə ölkəyə nəql olunan qazın həcmi 21 milyard kubmetr olub.

Bütünlükdə boru kəməri işə salınandan 25 milyard kubmetr qaz nəql edib. Beləliklə, bu infrastrukturda qaz tədarüklərinin 84 faizi İtaliiyanın payına düşür.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir və yeni borular çəkməyə ehtiyac olmadan mərhələli şəkildə 20 milyard kubmetrədək artırıla bilər.

Mövzuya görə xəbərlər