Azərbaycan təmiz enerjiyə keçidi davam etdirir - Elnur Soltanov

Azərbaycan təmiz enerjiyə keçidi davam etdirir - Elnur Soltanov

Bakı. TurkicWorld:

Azərbaycan neft və qaz ölkəsinin necə bərpa olunan enerji mənbələrinin istehsalçısına çevrildiyinin nümunəsi oldu.

TurkicWorld bazar ertəsi xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "BP Azerbaijan", "Kolin", "Мasdar" və "TotalEnergies" şirkətləri tərəfindən birgə təşkil olunan 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.

"Azərbaycan özünün enerji baxımından inkişafında mühüm yol qət edib. Neft sənayesinin inkişafından başlayaraq daha sonra təbii qazdan istifadəyə keçdik. Hazırda Azərbaycan yaşıl enerjinin inkişafı üzərində çalışır", - deyə Elnur Soltanov vurğulayıb.

O Azərbaycanın bp, Masdar və digər enerji şirkətləri ilə fəal əməkdaşlıq etdiyini qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)