Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas qarantı olaraq qalır - Cefri Pyatt

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas qarantı olaraq qalır - Cefri Pyatt

Bakı. TurkicWorld:

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas qarantı olaraq qalır.

TurkicWorld-in məlumatına görə, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt keçirdiyi brifinqdə deyib.

“Biz Azərbaycana Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə çox minnətdarıq. Qlobal iqlim böhranı kontekstində ən mühüm komponent olan “yaşıl” enerjiyə keçid mövzusunda Azərbaycanın perspektivləri mənə ruh yüksəkliyi verir”, - Pyatt bildirib.

Pyatt əlavə edib ki, o, Səngəçal terminalına baş çəkmək və Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin haradan başladığını görmək fürsəti əldə edib. Onun sözlərinə görə bu iki boru kəməri Ukraynadakı müharibə əsnasında Avropanın enerji tədarükünün təmin edilməsində mühüm rol oynamağa başlayıb.