İşğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin olunması yüksək sürətlə davam edir - Nazir müavini

İşğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin olunması yüksək sürətlə davam edir - Nazir müavini

Bakı. TurkicWorld:

Qarabağda yüksəkvoltlu enerji təchizatı sistemləri demək olar ki, tam qurulub.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov cümə axşamı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun 66-cı iclasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin olunması yüksək sürətlə davam edir.

"Həmçinin qeyd etmək istəyirəm ki, Qarabağda "yaşıl" enerji texnologiyaları tətbiq olunur, analoji işlər Naçıvanda da görüləcək. Həmçinin bu texnologiyaları ölkənin digər rayonlarında da tətbiq etməyi planlaşdırırıq", - o deyib.

Qazlaşdırma məsələsinə toxunan E.Soltanov əsas qaz boru kəmərlərindən birinin məhz Şuşada inşa edilcəəyin bildirib.

"İşğaldan azad olunmuş ərazilərdə istilik təchizatı sahəsində mərkəzləşdirilmiş sistemlər tətbiq olunacaq və gələcəkdə bunu ölkənin digər rayonlarında da tətbiq etməyi hədəfləyirik. Mərkəzləşdirilmiş sistem bölgənin istilik təchizatını səmərəli idarə etməyimizə imkan verəcək. Qeyd edim ki, bugünədək artıq yeddi istilik təchizatı obyekti inşa olunub", - o deyib.