Dövlət Xidməti il başlayandan əmək müqaviləsi olmadan işləyənlərin sayını açıqlayıb

Dövlət Xidməti il başlayandan əmək müqaviləsi olmadan işləyənlərin sayını açıqlayıb

Bakı. TurkicWorld:

Cari ilin yanvar-aprel aylarında əmək müqaviləsi bağlanılmadan işləyən 875 nəfər aşkarlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə media nümayəndələri üçün keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, operativ araşdırmalar zamanı əmək müqaviləsi olmadan işə götürənlər barəsində cərimələr tətbiq edilib.

"2019-cu ildə dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 807 871 olubsa cari ildə 859 884 olub. Bu isə 52 013 artım deməkdir. Eləcə də qeyri-dövlət sektorunda 2019-cu ildə aktiv əmək müqavilələrinin sayı 539 922, cari ildə isə bu rəqəm 853 342 olub. Bu da 313 420 müqavilə artım deməkdir. 2019-cu ildən bu günə qədər qeyri-dövlət fəaliyyət sahələri üzrə əmək müqavilələrinin sayında ən çox artım müşahidə edilən istiqamətlər ticarət (64,1%), xidmət sektoru(60,9%) qeydə alınıb. Qeyri-formal məşğulluq daha çox xidmət sahəsində müşahidə olunur",- deyə N. Vahabzadə qeyd edib.