Son dəqiqə

İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti ƏDV

Aktiv ƏDV ödəyicilərinin sayı 10%-ə yaxın artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu il dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 850,9 min nəfər təşkil edib.

Bu barədə TurkicWorld İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çoxdur.

Eyni zamanda hesabat dövründə aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı isə 9,8 faiz artaraq 57,9 min olub. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,4 faiz artıb və 231,3 min təşkil edib.

Mövzuya görə xəbərlər