Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi dəri məhsulları

Yanvar-aprel aylarında Türkiyənin dəri məhsulları ixracı artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 716,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 146,5 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 21,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər