Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi müdafiə sanayesi məhsulları

Yanvar-aprel aylarında Türkiyə müdafiə sənayesi məhsulları ixracını artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 1,5 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 418,1 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 7,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 4,5 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər