İqtisadiyyat Nazirliyinə azad olunmuş ərazilərdə fəaliyyətlə əlaqədar 1400-dən çox müraciət daxil olub

İqtisadiyyat Nazirliyinə azad olunmuş ərazilərdə fəaliyyətlə əlaqədar 1400-dən çox müraciət daxil olub

Bakı. TurkicWorld:

Bu günədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlə əlaqədar 1400-dən çox müraciət daxil olub.

TurkicWorld bazar ertəsi xəbər verir ki, bu barədə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda deyib.

"Sənaye, kənd təsərrüfatı, ticarət və xidmətlər sahəsini əhatə edən 73 investisiya layihəsi üzrə işlər artıq başladılıb", - o deyib.

Xəbər yenilənəcək