Son dəqiqə

Türkiyə Özəl Türkiyə Ticarət nazirliyi dəri məhsulları

Mart ayında Türkiyənin dəri məhsulları ixracı artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-mart aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 570,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 219,9 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər