"Airbus" Azərbaycanla əlaqələrin gələcək inkişafında maraqlıdır - Vitse-prezident

"Airbus" Azərbaycanla əlaqələrin gələcək inkişafında maraqlıdır - Vitse-prezident

Bakı. TurkicWorld:

Biz AZAL ilə çoxdandır əməkdaşlıq edirik, yeni saziş tərəfdaşlıq münasibətlərimizin təsdiqidir və biz gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə şad olarıq.

TurkicWorld xəbər verir ki, bu barədə "Airbus" şirkətinin Avropa üzrə icraçı vitse-prezidenti Vauter van Verş cümə axşamı jurnalistlərə deyib.

"Bu, "Airbus" üçün böyük gündür və biz AZAL üçün А321 Neo tədarükü üzrə saziş imzaladığımıza görə şadıq. Bu təyyarələr şirkətə yeni ölçülər təklif edəcək, şirkətin aviaparkının genişləndirilməsinə şərait yaradacaq, habelə, sərnişinləri daha çox komfortla təmin edəcək", - deyə "Airbus"-un vitse-prezidenti əlavə edib.

Vitse-prezident sərnişinlər üçün daha yüksək komfortun hava gəmisinin genişləndirilmiş salonu sayəsində əldə olunduğunu əlavə edib.

Onun sözlərinə görə, yeni təyyarələr istismar qiymətlərinin aşağı olması səbəbindən daha effektivdir.

Vauter van Verş "Airbus" üçün daha bir vacib məqamın zərərli tullantıların azaldılması məsələsi olduğunu və yeni təyyarələrin buna nail olmağa kömək edəcəyini qeyd edib. Onun sözlərinə görə, bu təyyarələr zərərli tullantıların sayını 20-25 faiz azaltmağa kömək edəcək.