Son dəqiqə

tender

BOTAŞ Polad Boru Mallarının Alınması üzrə tender elan edib

Bakı. TurkicWorld:

BOTAŞ, Manavqat-Alanya-Qazipaşa vilayətlərindəki Təbii Qaz Boru Kəməri Layihəsində istifadə etmək üçün ümumi uzunluğu 161 min 274 metr olan, müxtəlif diametrli Polad Boru Mallarının Alınması üzrə tender elan edib.

Bu barədə TurkicWorld AzerPress-ə istinadən xəbər verir.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Polad boruların təhvil verilmə tarixi tenderin nəticələrinin açıqlanmasından 120 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 2 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:30-a qədər “BOTAŞ Genel Müdürlüğü Elektronik İhale Salonu Bilkent Plaza A-2 Blok Bilkent Çankaya / Ankara” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 312 297 35 09, 312 266 07 34

Mövzuya görə xəbərlər