Bakı. TurkicWorld:
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu mayın 22-23-də Almaniyanın Leypsiq şəhərində keçiriləcək Beynəlxalq Nəqliyyat Forumu (İTF) Sammitində iştirak edəcək.
TurkicWorld xəbər verir ki, sammitdə əsasən beynəlxalq ticarət dəhlizləri və xüsusilə “İnkişafa aparan yol”, “Yaşıl nəqliyyat” və “Dayanıqlı təchizat zəncirləri” müzakirə olunacaq.
Uraloğlu sammitin açılış iclasında keçiriləcək “Nəqliyyat üçün Davamlı Gələcək: Qısamüddətli Məqsədlərdən Uzunmüddətli Strateji İdarəçiliyə” adlı paneldə iştirak edəcək.
İclasda Türkiyənin beynəlxalq ticarətdəki ən əhəmiyyətli layihələrindən biri olan və Hindistan, Cənubi Asiya və Fars körfəzi ölkələrindən yüklərin İraq vasitəsilə Avropaya daşınmasını təmin edəcək İnkişaf Yolu ən əhəmiyyətli gündəm maddələrindən biri olacaq.
Bundan əlavə, nazir Uraloğlu bir sıra ölkələrlə ikitərəfli görüşlər keçirəcək.