Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi

Antalya hava limanında sərnişindaşıma 37 milyon nəfəri ötüb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin noyabr ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 37 milyon 219 min 963 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 6 milyon 118 min 675 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 31 milyon 101 min 288 nəfər təşkil edib.

2024-cü ilin noyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 476 min 730 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47 faiz artaraq, 80 min 634 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz artaraq, 396 min 096 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin noyabr ayı ilə müqayisədə 4 faiz artaraq, 226 min 309 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 41 min 958, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 184 min 351 olub.

Bu ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə 4 milyon 560 min 816 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər