Türkiyədə Gürcüstan kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Türkiyədə Gürcüstan kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2023-ci ilin fevral ayında Türkiyədə Gürcüstan kapitalı ilə 7 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Gürcüstan şirkətlərinin sayının artmasına baxmayaraq, onların ümumi kapıtalı azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Gürcüstan şirkətlərinin məcmu kapitalı 1,6 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 3,8 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Gürcüstan şirkətlərinin əksəriyyəti İstanbulda (6) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Gürcüstan şirkətlərinin ümumi kapitalı 1,4 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Gürcüstan kapitalı ilə 3 topdan və pərakəndə ticarət şirkəti qeydə alınıb.

Türkiyədə qeydiyyata alınan Gürcüstanın topdan və pərakəndə ticarət şirkətlərinin məcmu kapitalı 750 min türk lirəsi təşkil edib.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.