Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Türkiyədə Özbəkistan kapitallı şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2023-ci ilin fevral ayında Türkiyədə Özbəkistan kapitalı ilə 18 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının artmasına baxmayaraq, onların ümumi kapıtalı azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 3,9 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 5,4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən şirkətlərinin ümumi kapitalı 3,6 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Özbəkistan kapitalı ilə 11 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.