Fevral ayında Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Fevral ayında Dalaman Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin fevral ayında Türkiyənin Muğla şəhərində yerləşən Muğla-Dalaman Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 20 faiz artaraq, 149 min 710 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 4 faiz artaraq 129 min 417 nəfər, beynəlxalq reyslər üzrə isə 63,63 dəfə artaraq 20 min 293 nəfər təşkil edib.

Bu ilin fevral ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 1 min 224 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 1 min 29 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 16,76 dəfə artaraq, 194 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq, 2 min 681 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 20 faiz artaraq 2 min 471, beynəlxalq reyslər üzrə isə 3,57 dəfə artaraq 210 olub.

2023-cü ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 25 milyon 370 min 192 nəfər, yük dövriyyəsi isə 430 min 212 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.