Sahibkarlara verilən güzəştli kreditlərin 70 faizə yaxını regionların payına düşür - Mikayıl Cabbarov

Sahibkarlara verilən güzəştli kreditlərin 70 faizə yaxını regionların payına düşür - Mikayıl Cabbarov

Sahibkarlara verilən güzəştli kreditlərin 70 faizə yaxını regionların payına düşür.

TurkicWorld-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində verilmiş güzəştli kreditlərin məbləğ üzrə 69,7%-i regionların payına düşür. Regionlarda bizneslərin dayanıqlılığının artırılması və sahibkarlıq mühitinin təşviqi prioritet istiqamətlərdəndir", - nazir qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən kiçik və orta sahibkarlıq layihəsi ücün 104,2 milyon manat güzəştli kredit ayrılıb.