IFC və Azərbaycan kənd təsərrüfatının maliyyələşdirilməsi üçün innovativ vasitələrin tətbiqi üzərində çalışır

IFC və Azərbaycan kənd təsərrüfatının maliyyələşdirilməsi üçün innovativ vasitələrin tətbiqi üzərində çalışır

Bakı. TurkicWorld:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kənd təsərrüfatının inkişafı üçün innovativ maliyyələşdirmə vasitələrini tətbiq etmək məqsədilə Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq edir.

Bu barədə IFC-nin Avropa regionu üzrə direktoru Rana Karadşeh TurkicWorld-a mühasibəsində deyib.

"IFC SECO ilə birgə reallaşdırdıqmada olduğu Kənd Təsərrüfatının Maliyyələşdirilməsi Layihəsi çərçivəsində yerli maliyyə institutlarına istehsal-istehlak zəncirini maliyyələşdirmə məhsullarının buraxılmasında dəstək göstərib, həmçinin çiyələk və fındıq yetişdirilməsi üzrə ayrı-ayrı istehsal-istehlak zəncirlərinin ixrac bazarlarında öz rəqabət qabiliyyətini artırmasına kömək edib. Dəyər yaradılması zəncirinin maliyyələşdirilməsi fermerlərin daşınmaz əmlak girovu olmadan maliyyələşdirməyə çıxış əldə etmələrinə və Fars körfəzi və ya Avropa bazarlarına ixrac etdiyi məhsullarından əmin olmalarına imkan yaradan mühüm bir addım oldu", - Karadşeh qeyd edib.

Onun sözlərinə görə, IFC Azərbaycanda kənd təsərrüfatının inkişafı və kiçik fermerlərin qlobal istehsal-istehlak zəncirlərinə qoşulması üçün innovativ maliyyələşdirmə vasitələrini tətbiq etmək məqsədilə Azərbaycan hökuməti ilə əməkdaşlıq edir.

"Bu vasitələrə fermerlərə müəyyən həcmdə məhsul istehsalına zəmanətlə yığımqabağı maliyyələşdirmə əldə etmələrinə imkan verən aqrar qəbzlər və qısamüddətli kreditlər və ya zəmanət formasında maliyyələşdirmə üçün istifadə oluna biləcək anbar qəbzləri daxildir. Hökumət, fermerlər, maliyyə institutları və bazarın digər iştirakçıları bu təşəbbüsün üstünlüklərini görürlər və bu vasitələrin istifadəsinə imkan verəcək qanun layihələri konsultasiya mərhələsindədir", - o deyib.